İngiltərə kraliçası II Yelizaveta Londona uçan təyyarəsini ildırım vurduğu zaman çətin anlar yaşayıb.
"Unikal" xəbər verir ki, taxtda oturmasının 70-ci ili üçün keçirilən Platinum Yubiley tədbirləri üçün Balmoraldan Londona qayıdan 96 yaşlı II Yelizavetanın olduğu təyyarə havada böyük təhlükədən xilas olub.
“The Sun” qəzetinin xəbərinə görə, güclü yağış və tufana düşən şəxsi təyyarə ilk cəhdində hava limanına enə bilməyib. Bildirilib ki, təyyarə ikinci cəhdində eniş etməyi bacarıb.
Bukingem Sarayının sözçüsü “Kraliçanın uçuşu hava şəraitinə görə gecikdi. Bütün düzgün prosedurlara əməl edilib və heç bir təhlükəsizlik problemi olmayıb”, - deyə açıqlama yayıb.
Kraliçanın Vindzor sarayına gəldiyi və vəziyyətinin yaxşı olduğu bildirilir.