Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı başlayan cinayət işi çərçivəsində dindiriləcək.
"Unikal" erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Xüsusi işlər üzrə idarənin rəisi Rafel Vardanyan müharibədə itkin düşmüş sayılan hərbçilərin valideynləri ilə görüşdə bildirib.
Belə ki, valideynlərin Vardayana ünvanladığı "Paşinyan dindiriləcək, yoxsa yox?" sualına o, “Bəli, dindiriləcək, prokurorun göstərişi var”, - deyə cavab verib.
Lakin o, dindirmənin dəqiq tarixini deməyib.
Gülayə Mecid