1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən “Uşaq festivalı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz stendi ilə iştirak edib.
Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova "Unikal"a bildirib ki, tədbir zamanı uşaqlara ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunmasının vacibliyi, sudan səmərəli istifadə, tullantıların çeşidlənməsinin əhəmiyyəti barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra uşaqlar ekokönüllülər tərəfindən onlara hədiyyə olunan ekoçantalar üzərində rəngli boyalarla öz çantalarını dizayn ediblər, eyni zamanda təbiətə aid müxtəlif rəsm əsərləri çəkiblər.
S.Məmmədovanın sözlərinə görə, tədbir çərçivəsində uşaqlar üçün viktorina keçirilib, onlara ətraf mühitin mühafizəsinə dair müxtəlif yaş kateqoriyalarını əhatə edən kitablar hədiyyə olunub.