Azərbaycanda pensiya yaşının azaldılması lazımdır.
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, bu məsələ ilə bağlı ilk növbədə obyektiv ölüm yaşının müəyyən olunmasına ehtiyac var.
"Belə ki, ölüm yaşı müəyyən olunduqdan sonra şəxsin minimum 12 il müddətində pensiya alması nəzərdə tutulur. Ölkəmizdə də buna uyğun hərəkət edilməlidir. Bizdə ölüm yaşı 70-72-ni keçmirsə, pensiya yaşı kişilərdə 60, qadınlarda isə 57 nəzərdə tutula bilər. Vətəndaşın sağlığını qoruyacaq başqa mexanizmlər yoxdur. Avropada icbari tibbi sığorta var və vətəndaş müalicə olunaraq 90 yaş yaşayır".
Anar Kəlbiyev