Macarıstan yığması UEFA Millətlər Liqasının ilk turunda İngiltərəyə 1:0 hesabı ilə qalib gəlib.

"Unikal" xəbər verir ki, macarlar 1962-ci il mayın 31-dən sonra ilk dəfə ingilisləri məğlub edibər. Bundan əvvəl komanda 1962-ci il dünya çempionatında İngiltərəyə  2:1 hesabı ilə qalib gəlmişdi.

O vaxtdan sonra İngiltərə yığması ardıcıl 15 matçda Macarıstana uduzmayıb.