24 yaşlı hindistanlı bloger Kshama Bindu özünə ərə getməyə hazırlaşır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Bindu iyunun 11-də keçiriləcək toyu üçün özünə dəvətnamə də hazırlatdırıb. O, 2 həftəlik bal ayına da gedəcəyini bildirib.
Hindistanda televiziya kanallarının birinə müsahibə verən bloger "Kraliça olduğum üçün şahzadəyə ehtiyacımın olmadığını başa düşdüm. Toy gününü istəyirəm, amma ertəsini istəmirəm, buna görə də özümlə evlənməyə qərar verdim. Gəlin kimi geyinəcəyəm, dostlarım da toyumda olacaq, amma bəylə getmək yerinə evimə qayıdacağam" söyləyib.