Rusiya Suriya və Ukrayna kimi döyüş bölgələrində həlak olan hərbçilərin ailələrinə maddi yardım edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin döyüş bölgələrində həlak olan milli qvardiyaların ailələrinə 81 min 500 dollar maddi yardım nəzərdə tutan sərəncam imzalayıb.
Dərc edilmiş fərmanda "Rusiya Federasiyasının Milli Qvardiyasında Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Suriya və Ukraynada həlak olmuş xüsusi təyinatlı polis və əsgərlərin ölümü və ya yaralanması halında, həmin şəxslərin ailələrinə birdəfəlik köməklik göstərilir", - deyə bildirilib.
Qeyd edək ki, 2016-cı ildə Putinin imzaladığı fərmanla yaradılan Rusiya Milli Qvardiyasının (Rosqvardiya) 340 min şəxsi heyəti var. Rusiya Silahlı Qüvvələrindən ayrı fəaliyyət göstərən bölmə Suriya və Ukrayna ilə yanaşı Rusiya sərhədlərində də fəaliyyətini davam etdirir.
Gülayə Mecid