İsveç Ukraynaya hərbi yardım üçün yeni vəsait ayırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdən Ukraynaya gəmi əleyhinə raketlərin və digər silahların tədarükü planlaşdırılır.
Bu barədə İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Ann Linde öz "Twitter" səhifəsində Ukraynaya yeni hərbi tədarüklər barədə məlumat verib:
"İsveç Ukraynaya gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və 12,7 mm-lik tüfənglər, o cümlədən döyüş sursatları göndərəcək. Bu dördüncü dəstək paketinə Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı da daxildir. Ümumi məbləğ 95 milyon avrodan çoxdur".
Ölkə hökuməti bu məlumatı təsdiqləyib. İsveç liderlərinin bəyanatına görə, "Robot 17" gəmi əleyhinə raket kompleksinin (RBS-17) Ukraynaya ötürülməsi planlaşdırılır. Ukraynaya 17 belə kompleksin gələcəyi gözlənilir.
Ağarza Elçinoğlu