Ukrayna prezidenti Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

"Unikal" xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

"“Azərbaycan Hava Yolları”-na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur. Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.

Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.

Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir.

Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik", - paylaşımda qeyd olunub.