Braziliyanın qərbində Peru sərhədi yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,5 bal gücündə zəlzələnin episentrinin Peru sərhədinə yaxın Acre əyalətindəki Tarauaca şəhərindən 108 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Zəlzələnin 616 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələ nəticəsində can və ya mal itkisinin olub-olmadığı hələlik məlum deyil.