Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərində Maya Sandunun qələbəsini təsdiqləyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Moldovanın hazırkı prezidenti Sandu 55,33%, onun rəqibi, ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67% səs toplayıb.
Xatırladaq ki, səsvermənin ikinci turu noyabrın 3-də keçirilib. Bundan əvvəl Moldova Sosialistlər Partiyası digər ölkələrdə keçirilən səsvermənin nəticələrini Sandu lehinə təhrif etdiyi üçün onları tanımadığını açıqlamışdı.