Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı Aqra şəhəri yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pilot təyyarənin sistem nasazlığı ilə qarşılaşıb və təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırmaq üçün manevr etməyə başlayıb. Qəza nəticəsində heç kim xəsarət almayıb.
Hindistanlı mütəxəssislər qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparacaqlar.
Ağarza Elçinoğlu