"Kursk vilayəti Ukrayna qoşunlarından tamamilə azad ediləcək, bundan sonra regionda könüllü işə tələbat yaranacaq".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Avqustun 6-dan Rusiya silahlı qüvvələri Kursk vilayətində Ukrayna bölmələri ilə döyüşür. Avqustun 10-dan etibarən bölgədə antiterror əməliyyatı rejimi tətbiq olunur.