Kolumbiya milyardlarla dollar dəyərində olan qiymətli əşyalarla birlikdə batan "San Jose" gəmisinin batan görüntülərini paylaşıb.
"Unikal" xəbər verir ki, Kolumbiya ordusu uzaqdan idarə olunan müşahidə cihazları ilə təxminən 950 metr dərinlikdə batan gəmini izləyib.
3 əsrdir su altında qalan gəmiyə “insan müdaxiləsi”nin olmadığı açıqlanıb.
Kolumbiya prezidenti İvan Duke verdiyi açıqlamada, "Texnoloji avadanlıq və Kolumbiya donanmasının işi sayəsində biz görünməmiş dəqiqliklə şəkillər çəkə bildik", - bildirib.
Digər tərəfdən səlahiyyətlilər müşahidə işləri zamanı biri döyüş gəmisi, digəri isə yelkənli olan 2 yeni gəmi aşkarlayıb.
Gülayə Mecid