Rusiya işğalçılarına qarşı mübarizəyə kömək etmək üçün Ukraynaya 240-dan çox tank və 100-ə yaxın zirehli texnika göndərib.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın ""Bild" qəzetinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
"Ukraynaya ağır silahlar, tanklar lazımdır. Bunlar Ukraynanın ehtiyaclarıdır. İki gün əvvəl prezident Zelenski ilə danışdım. Biz tanklar, Ukraynanın xidmət göstərə biləcəyi 240-dan çox tank göndərdik. 100-ə yaxın zirehli texnika və silah-sursat, mərmi... Ümumilikdə 2 milyard dollar dəyərində silah göndərdik", - deyə ifadə edib.
Gülayə Mecid