Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətində Nosud şəhərində 4 mərtəbəli bina çöküb.
"Unikal" xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində indiyədək 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
O əlavə edib ki, hadisə yerinə 4 ədəd təcili yardım maşını və bir ədəd vertolyot ezam olunub.
Hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, 23 mayda İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində 41 nəfər ölüb.