"Türkiyə heç kimin hüquqlarını və qanunlarını pozmur, lakin öz hüquqlarını və qanunlarını kimsə tərəfindən tapdalanmasına da icazə vermir. Şərqi Aralıq dənizində və ölkəmizin materikindən 2 km-dən az, Yunanıstan materikindən isə 600 km-dən çox məsafədə yerləşən Megisti üçün 40.000 km2 dəniz yurisdiksiyası iddiasının vacibliyini beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb. Türkiyə Prezidenti bildirib ki, NATO və üçüncü ölkələri hərbiləşdirilməmiş rejimə malik adalarda müxtəlif hərbi təlimlərin qeyri-qanuniliyinə cəlb edərək alətə çevirmək cəhdi sadəcə olaraq fəlakətlə nəticələnəcək cəhd deyil: "Eyni zamanda Yunanıstan Avropa Birliyinin üzvü olmasına baxmayaraq, Birliyin dəyərlərinə, dünya səviyyəsində insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığına zülm etməyə davam edir. NATO daxilində hər cəhətdən ən yüksək qiyməti ödəyən müttəfiq olaraq biz son iki ildə hərbi nümayəndə heyətlərinin görüşü ilə bağlı dəvətlərimizə belə cavab verməyən Yunanıstanın çağırışları ilə sakitcə üzləşdik".
Ərdoğan Yunanıstana xəbərdarlıq da edib: "Amma görürük ki, göstərdiyimiz səbr və soyuqqanlılığımız həmkarımız tərəfindən yanlış anlaşılır. Yunanıstana bir daha xəbərdarlıq edirik ki, ehtiyatlı olsun, bir əsr əvvəl olduğu kimi onu peşman olacağı nəticələrə gətirib çıxaracaq xəyallardan, ritorikadan və hərəkətlərdən uzaq olsun. Türkiyə Egeydəki hüquqlarından əl çəkməyəcəyi üçün adaların silahsızlaşdırılması ilə bağlı beynəlxalq müqavilələrdə tanınan hüquqlardan istifadə etməkdən də çəkinməyəcək".
xxx
14:17
“Yunanıstana 1 əsr öncə olduğu kimi peşmanlıqla nəticələnəcək xəyallardan, çıxışlardan və fəaliyyətlərdən uzaq dayanması və ağlını başına toplamağı barədə xəbərdarlıq edirik. Özünə gəl”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə Egey dənizindəki haqlarından vaz keçməyəcəyi kimi adaların silahlandırılması mövzusunda beynəlxalq razılaşmaların ona verdiyi səlahiyyətləri istifadə etməkdən çəkinməyəcək”,- Türkiyə lideri vurğulayıb.