Erməni icması Türkiyənin ayrılmaz hissəsidir.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.
"Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyanla Erməni Apostol Kilsəsinin Vatikan nümayəndəsi Xacaq Barsamyanı qəbul etdik. Erməni icması ölkəmizin ayrılmaz hissəsidir. Biz erməni icmasının tanınmış nümayəndələri ilə dialoqumuzu və təmaslarımızı davam etdirəcəyik", - Çavuşoğlu qeyd edib.
Türkiye Ermenileri Patriği Sahak Maşalyan ile Ermeni Apostolik Kilisesi Vatikan Temsilcisi Khajag Barsamyan’ı kabul ettik.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) June 9, 2022
Ermeni cemaatimiz, ülkemizin ayrılmaz bir parçasıdır.
Ermeni toplumunun önde gelen temsilcileriyle diyalog ve temaslarımızı sürdüreceğiz. 🇹🇷 pic.twitter.com/1s7AxBBhSR