Polşa prezidenti Anjey Duda Fransa və Almaniya liderlərinin Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı danışıqlarını sərt şəkildə tənqid edib.
“Unikal” xəbər verir ki, bu barədə Duda "Bild" qəzetinə müsahibəsində danışıb.
Polşa lideri Vladimir Putini Adolf Hitlerə bənzədib.
"Hazırda Putinlə aparılan bütün danışıqlar məni heyrətə gətirir. Xüsusilə də Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun apardıqları danışıqlar...Bu danışıqlar heç bir nəticə vermir. Rusiya ordusu Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Sadəcə Putin etdiklərinə haqq qazandırır. İkinci Dünya Müharibəsi zamanı Adolf Hitlerlə belə danışan olubmu? Kimsə dedimi ki, Adolf Hitlerin şəxsiyəti təhqir olunammalıdır? Elə hərəkətlər etməliyik ki, Hitleri aşağılamayaq? Mən belə şeylər eşitməmişəm!", - deyə o, gileylənib.
Duda çıxışında həmçinin Ukraynanın müdafiəsinin önəmini də qeyd edib:
"İmperialist Rusiyanı dayandırmaq üçün hər şey etməliyik. Ən böyük ümidimiz rus imperializminin Ukraynada dişlərini qırmasıdır. Bu arada o qədər güclənəcəyik ki, bizə bir daha hücum etməyə cəsarət etməyəcəklər".
Polşa Baş naziri Mateuş Moravietsk də Rusiya prezidenti Vladimir Putinin, Adolf Hitler və İosif Stalinldən daha təhlükəli olduğunu vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron, Rusiya-Ukrayna müharibəsi bitdiyində diplomatik kanallardan çıxış yolu inşa edə bilmək üçün “Rusiyanın kiçik düşürülməməsi”inin önəmini qeyd deyib.
Ukrayna prezidenti Zelenski isə Makronun Rusiyanı “alçaltmamaq” çağırışına reaksiya verib və Fransa prezidentinin Qərbə Rusiyaya “alçalma” ruhunda yanaşmamaq çağırışına qarşı çıxıb.
Gültəkin Ələsgər