"Bu gün Rusiya Federasiyası enerji resurslarının ixracından Ukraynaya qarşı genişmiqyaslı müharibə başlamazdan əvvəlkindən daha çox gəlir əldə edir".
"Unikal" Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun xüsusi nümayəndəsi Amos Hoxşteyn bildirib.
Hoxşteynin fikrincə, dünya bazarında enerji qiymətlərinin artması Qərbin sanksiyalarını kompensasiya edir.
“Mən bunu inkar edə bilmərəm”, o, Senatın Avropa və Regional Təhlükəsizlik Əməkdaşlıq üzrə Alt Komitəsinin Rusiyanın indi müharibədən əvvəlkindən daha çox xam neft və qaz satışından pul qazanıb-qazanmaması ilə bağlı sualına cavab verib.
Nəşr yazır ki, ABŞ və Aİ Rusiya neftinin idxalını qadağan etmək barədə razılığa gəliblər. Bu addımlar onun satışına mənfi təsir göstərsə də, dünya qiymətlərinin artmasına səbəb olub.
Eyni zamanda, Rusiya Hindistan və Çinə neft satışını artırdı. Hoxşteyn, həmçinin Aİ-nin tankerlərin Rusiya nefti ilə sığortalanmasına tətbiq etdiyi sanksiyaları yüksək qiymətləndirib.
“Biz görmək istərdik ki, bu sanksiyalardan ABŞ və Avropadan kənarda daha geniş bazara təsir etmək üçün necə istifadə edə bilərik ki... heç kim qazanc əldə etməsin”, o əlavə edib.
Ramil Zeynallı