Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Madriddə keçiriləcək sammitində iştirak edəcək.
"Unikal" xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coana deyib.
O qeyd edib ki, Alyansa üzv ölkələrin liderləri NATO-nun şərq cinahında Baltikdən Qara dənizə qədər daha güclü mövcudluğa qərar verəcəklər.
Sammitdə NATO-nun yeni strateji konsepsiyası da qəbul ediləcək. Alyansın genişlənməsi və “açıq qapı” siyasəti məsələlərinə ayrıca baxılacaq.
İclas 29-30 iyun tarixlərində baş tutacaq.