Rusiya ilə müharibədə Ukrayna hərbçilərinin gündəlik itkiləri 100-200 nəfər arasında dəyişir.
"Unikal" xəbər verir ki, bunu Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Böyük itkilərin əsas səbəblərindən biri kimi Podolyak Ukrayna və Rusiyanın hərbi imkanları arasında paritetin olmamasını göstərib. Onun fikrincə, düşmənin atəş gücü ilə bərabərlik və Ukrayna ərazisinin işğaldan azad edilməsi üçün 300-ə qədər raket sisteminə ehtiyac var.
Ramil Zeynallı