Serbiya hökuməti Ukraynadan olan uşaqlar və qaçqınlar üçün ümumi məbləği 3 milyon avro olan maddi humanitar yardım göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya hökumətinin rəsmi internet saytı məlumat yaylb.
Bildirilir ki, ukraynalı uşaqlara kömək üçün ayrılacaq 1,5 milyon avro vəsait UNICEF vasitəsilə ödəniləcək. Qaçqınlar üçün də eyni məbləğ nəzərdə tutulub. Bu halda pul Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının idarəsi mexanizmi vasitəsilə ödəniləcək.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Ukraynaya Rusiya işğalı zamanı dağıdılmış şəhərlərin bərpasına kömək etməyə hazır olduğunu bildirmişdi.
Serbiyanın ənənəvi olaraq Rusiya orbitindən olan ölkə sayılmasına baxmayaraq, rəsmi Belqrad Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib.
Ramil Zeynallı