ABŞ-ın Nyu-York ştatında keçirilən gecədə İstanbul “Avropanın ən yaxşı destinasiyası” mükafatına layiq görülüb.
    
"Unikal" xəbər verir ki, ABŞ-ın aparıcı səyahət və turizm jurnallarından olan Global Traveller Magazine tərəfindən 10 ildir təşkil edilən "Ən Yaxşı Asudə Həyat tərzi Mükafatları" çərçivəsində jurnal oxucuları "2022-ci ildə vaxt keçirmək üçün ən yaxşı yer" olaraq İstanbulu seçiblər.

Nyu Yorkdakı məşhur Lotos Club-da keçirilən mükafatlandırma mərasimində İstanbulun ən çox səslə “Avropanın ən yaxşı destinasiyası” seçildiyi kateqoriyada ikinci yeri Lissabon, üçüncü yeri isə Krakov tutub.

Nyu-Yorkda yerləşən, yüksək gəlirli təbəqəyə müraciət edən və xüsusilə mühüm hava yolu şirkətlərinin lounge bölmələrinə daxil olan jurnal çap və rəqəmsal olaraq milyonlarla oxucuya çatır.
Ənənəvi olaraq hər il keçirilən “2022 Leisure Lifestyle Awards” mükafatlandırma mərasimində isə İGA İstanbul Hava Limanı da “Ən yaxşı tranzit hava limanı” və “Ailə üçün ən yaxşı beynəlxalq hava limanı” mükafatlarına layiq görülüb.

İllik beynəlxalq səyahətlərinin sayı təxminən 18 olan “Global Traveler” hər il oxucularının iştirakı ilə keçirilən səsvermə ilə istiqamətlər, hava yolları və otellər kimi sahələrdə ən yaxşılarını seçir.

Ramil Zeynallı