Macarıstanın baş naziri Viktor Orban Rusiya qazına qoyulan embarqonun Avropa iqtisadiyyatını məhv edəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Orban dövlət radiosuna açıqlama verib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar artıq enerji qiymətlərini və inflyasiyanı sürətlə artırıb. Macarıstanın baş naziri, ölkəsində bir çox məhsulun qiymətlərinin sürətlə artdığını qeyd edərək, keçən ay yüzdə 10-u keçən inflyasiyanın 16 faizə əsaslanacağını bildirib.
Qeyd edək ki, Aİ-yə üzv ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edən 6-cı sanksiyalar paketi üzrə razılığa gəliblər, Macarıstan isə sanksiyalardan azad edilib.
Gülayə Mecid