Bu gün Ermənistanda İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, iclasda Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisləri, Baş Polis İdarəsinin rəis müavini, Hüquq şöbəsinin rəis əvəzi və Polis İntizam Komitəsinə daxil olan qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.
3 polis əməkdaşı barəsində aparılmış xidməti istintaqın materialları və rəyləri öyrənilib. Komissiya faktiki halları təhlil edərək, 3 əməkdaş barəsində “Polisdə xidmətdən xaricetmə” intizam tənbehinin tətbiq edilməsi üçün Baş Polis İdarəsinin rəisinə müraciət edilməsi barədə qərar qəbul edib.
Onların hansı səbəbdən işdən çıxarıldığı məlum deyil.
Gülayə Mecid