Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
"Unikal" xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.
Rəqib iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanovv 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurub. Oyunda son nöqtəni isə 32-ci dəqiqədə Samir Həmzəyev qoyub.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb. Finalda rəqib Bolqarıstan - Rumıniya duelinin qalibi olacaq.