Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə qarşıdurmadan danışıb.
"Unikal" xəbər verir ki, Suriya rəhbəri "Russia Today"-ə müsahibəsində Türkiyə Suriyaya hücum edəcəyi təqdirdə Dəməşq ordusu ilə birbaşa qarşıdurma yaranacağını deyib.
"İşğal olarsa, ilk növbədə əhalinin müqaviməti olacaq" - deyən Əsəd əlavə edib.
Suriya prezidenti iki il əvvəl iki ordu arasında “Suriya ordusunun ölkə ərazisinə daxil olan türk hədəflərini məhv etdiyini xatırladıb. Əsədin sözlərinə görə, Ankara Suriyaya hücum etsə, vəziyyət eyni olacaq və xalq müqavimət göstərəcək.
Dünən Türkiyə Müdafiə Nazirliyi Ankara ordusunun Suriyanın şimalında terrorçu kürd qüvvələrinə qarşı yeni hücum hazırlığının başa çatdırdığını açıqlayıb.
Qeyd edək ki, ötən həftələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatın “tezliklə” başlayacağını bəyan etmişdi.