Mərhum sədr Jirinovskinin (LDPR) partiyasından olan Rusiya Dövlət Dumasının keçmiş deputatı Yuri Mamonov Moskvada ölü tapılıb.
"Unikal"ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, meyit Sadovaya-Kudrinskaya küçəsindəki evlərdən birinin mənzilində tapılıb.
Ehtimal olunur ki, 64 yaşlı sabiq deputatın ölümünə səbəb ürək çatışmazlığıdır.
Hazırda Mamonovun hansı şəraitdə ölümünün rəsmi təfərrüatları açıqlanmır. Rusiya parlamentinin keçmiş deputatının cəsədində zorakı ölüm izlərinin qeydə alınıb-alınmadığı barədə də məlumat yoxdur.
Ağarza Elçinoğlu