Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında 1 türk əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.
Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərin ailəsinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatnaı aprelin 18-də başlayıb.