Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya gəliblər.
"Unikal" xəbər verir ki, Fransa hökuməti Kiyevə gedən gecə qatarında prezident Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Mario Draqinin görüntülərini paylaşıb.
Bildirək ki,Rusiya prezidenti Vladimir Putinlə tez-tez telefon danışıqları apardıqları üçün reaksiyaların hədəfinə çevrilən üç Avropa liderinin Kiyev səfərinə hazırlıq uzun müddət idi ki, davam edirdi.
Gülayə Mecid