ABŞ Dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfrid İçərişəhərdə olub.
"Unikal" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi feysbukda bildirib.
“Dövlət katibinin köməkçisi Karen Donfrid Bakıda olarkən Azərbaycan tarixi və mədəniyyəti haqqında daha ətraflı məlumat əldə edib və İçərişəhərlə tanış olub”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.