Mebel və məişət mallarının ən böyük satıcılarından və istehsalçılarından biri olan İsveçin "IKEA" şirkəti Rusiyadan tamamilə çıxdığını elan edib.

"Unikal"
xəbər verir ki, şirkət Rusiyanın dörd fabrikini satmaq və ölkədə biznesin miqyasını azaltmaq qərarına gəlib.

"Son bir neçə ay ərzində bütün dünyada biznes prosesləri və təchizat zəncirləri ilə bağlı vəziyyət xeyli pisləşib. Bunu nəzərə alaraq, yaxın gələcəkdə satışın bərpası imkanını görmürük. Nəticədə “İnter IKEA” şirkətlər qrupu və “İngka” şirkətlər qrupu Rusiyadakı bizneslərinin miqyasını azaltmaq qərarına gəliblər. Bu çətin bir qərardır, lakin biz bunun zəruri olduğuna inanırıq ", - deyə şirkət nümayəndələri bildiriblər.

Aynurə Xudaverdiyeva