Rusiya ilə ABŞ arasında münasibətləri normallaşdırmağın yeganə yolu Vaşinqtonun hegemonizmdən imtina etməsi və Rusiya Federasiyasının heç kimin vassalı olmayacağını başa düşməsi ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə müsahibəsində bildirib:
“Yeganə yol dünya məsələlərində hegemonizm siyasətindən əl çəkmək və başa düşməkdir ki, Rusiya heç kimin vassalı olmaq istəmir, ola bilməz və olmayacaq da - sözün istənilən mənasında. Rusiya ilə yalnız qarşılıqlı fayda, qarşılıqlı hörmət əsasında danışmaq mümkün olanda, o zaman növbəti təmasları planlaşdırmağın vaxtı gələcək”.
Ötən ilin iyununda Cenevrədə iki ölkənin prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş keçirilib. Lakin indi, Peskovun RİA Novosti-yə daha əvvəl dediyi kimi, ölkələr arasında elə bir dialoq yoxdur.
Gültəkin Ələsgər