İsrail İranla hərbi əməkdaşlıq edən Suriya prezidenti Bəşər Əsədi saraylarını bombalamaqla hədələyib.
"Unikal" xəbər verir ki, İsrail ordusunun Suriyada həyata keçirəcəkləri növbəti əməliyyatda Əsədin saraylarından birini hədəf alacağı açıqlanıb.
Keçən həftə Beynəlxalq Dəməşq Hava Limanının vurulduğu bildirilmişdi. İsrail, Suriya rejim lideri Bəşər Əsədi öz ərazisində iranla hərbi əməkdaşlığı dayandırmasa və ya azaltmasa, saraylarını bombalayacağı ilə hədələyib.
İsraildən olan yüksək rütbəli məmurun sözlərinə görə, İsrail administrasiyası öz ölkəsindəki əməliyyatlarını ört-basdır etməyə çalışır və TehranTürkiyədən qabaqcıl silahlar tədarük edən Əsədə xəbərdarlıq mesajı göndərib. O, saraylarından birinin Suriyada İsrail qırıcılarının növbəti basqında hədəf olacağını ona bildirib.
İsrail ordusu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
İsrail son vaxtlar Suriyaya hücumlarını artırıb. Ötən cümə günü İsrail qüvvələri, Beynəlxalq Dəməşq hava limanının yeganə aktiv uçuş-enmə zolağı ciddi zədələnmiş hava limanında uçuşlar tamamilə dayandırılıb. İsrail mediasının məlumatına görə, hücum Tehrandan Dəməşqə daşınan qabaqcıl İran silahlarını hədəf alıb.
Hava limanının İran üçün silah daşıma bazasına çevrildiyini iddia edən İsrail mediası, Tel-Əvivin son hücumu ilə Əsədə “İranın Suriyadakı varlığına icazə versəniz və silah daşımağa davam etsəniz, böyük zərər verəcək” mesajını verib.
Gültəkin Ələsgər