Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Xorvatiya Prezidenti Zoran Milanoviç ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə nazir “Twitter“ hesabında məlumat paylaşıb.
O qeyd edib ki, görüş zamanı Xorvatiya Prezidenti ilə ikitərəfli münasibətləri, həmçinin Ukrayna və Bosniya-Hersoqovinadakı son hadisələri müzakirə edib.