Bəzi xarici liderlər Ukraynaya ərzaq böhranının qarşısını almaq üçün Rusiyanın təcavüzünə müqavimət göstərməməyi təklif ediblər. Bu cür təkliflər xüsusilə Afrika, Asiya və Yaxın Şərqin ayrı-ayrı liderləri tərəfindən irəli sürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib.
“Mən Afrika, Ərəb və Asiya ölkələrində qərar qəbul edən bəzi şəxslərlə danışmışam. Onlardan bəziləri kəskin dönüş etməzdən əvvəl söhbətə dəstək bəyanatları ilə başlayıb, nəzakətlə bizə sadəcə müqaviməti dayandırmağı təklif ediblər”, - XİN rəhbəri bildirib.
Kulebanın sözlərinə görə, bəzi danışıqlarçılar Ukraynanın müstəqilliyini qurban verməyə hazırdırlar ki, Rusiya blokadası səbəbindən Ukrayna limanlarında ilişib qalan taxıl blokdan çıxsın. Eyni zamanda Kuleba deyir ki, Ukrayna məğlub olarsa, dünyada humanitar böhranlar daha da artacaq.
“Ona görə də qəbuledilməz şərtlərlə dinc təşəbbüslər təklif etməyimiz lazım deyil, bunun əvəzinə Ukraynanın qalib gəlməsinə kömək edək. Bu, təkcə ölkəmizi ağır silahlarla təmin etmək deyil, həm də Rusiyaya qarşı sanksiyaları saxlamaq və gücləndirmək deməkdir”, - deyə Kuleba yekunlaşdırıb.
Bundan əvvəl xarici işlər naziri Dmitri Kuleba Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinin heç bir alternativini qəbul etməyəcəyini və skeptik Aİ ölkələrində heç bir rasional arqument görmədiyini bildirmişdi.
Gülayə Mecid