Fransanın bir sıra rayonlarında anomal istilər səbəbindən açıq havada tədbirlərin təşkili qadağan edilib.
"Unikal" xəbər verir ki, həmçinin sərinləşdirici sistemlə təmin olunmayan binalarda da kütləvi tədbirlər keçirilməsinə, o cümlədən konsertlərə qadağa qoyulub.
Bu həftə Fransada havanın hərarəti 40 dərəcəyədək yüksəlib. İstilərin pik səviyyəsi iyunun 18-nə təsadüf edib. Bu il ölkəyə yay istiləri daha tez gəlib. Anomal istilər Şimali Afrikadan isti hava kütləsinin daxil olması ilə izah edilir.