Muğlanın Marmaris və Datça sahillərində 122 qeyri-qanuni miqrant xilas edilib.
"Unikal" xəbər verir ki, Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Datça sahillərində yelkənli qayıqda nizamsız miqrantların olması xəbəri üzərinə TCSG-3 və TCSG-31 qayıqları bölgəyə istiqamətləndirilib.
Hərəkətdə olan yelkənli qayıq dayandırılıb və 94 nizamsız miqrant tutulub. Qayıqda olan və miqrant qaçaqmalçısı hesab edilən iki şübhəli saxlanılıb.
Bundan əlavə, Marmaris açıqlarında rezin qayıqda qeyri-qanuni mühacirlərin tapıldığı xəbəri üzərinə TCSG-82 qayığı bölgəyə göndərilib.
Komandalar Yunanlar tərəfindən Türkiyə ərazi sularına çıxarılan lifli qayıqda 28 qeyri-qanuni miqrantı Sahil Mühafizəsinin gəmisi ilə aparıblar.