Xəbər verdiyimiz kimi, Fransa və Almaniyanın xarici işlər nazirləri Jan-Noel Barro və Annalena Berbok yanvarın 3-də elan olunmamış səfərlə Suriyaya gediblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazirlər Suriyada “Həyat Təhrir Əl-Şam” qrupunun lideri Əhməd əl-Şara və “Suriya vətəndaş cəmiyyətinin nümayəndələri” ilə görüşüblər.
Görüş zamanı Suriyanın faktiki lideri Əhməd əl-Şara Almaniyanın xarici işlər naziri Annalena Berbokun əlini sıxmayıb. Bu hadisə dünya mediasının diqqətini çəkib.
Berbok sözügedən hadisəyə münasibət bildirərək, Əhməd əl-Şara ilə əl sıxmayacağını öncədən məlumat verildiyini açıqlayıb.
"Artıq mənə aydın idi ki, burada adi əl sıxışmaları olmayacaq”, - Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Barro da Suriya nümayəndə heyətinin nümayəndələrinin davranışını bəyənmədiyi üçün “daha onlarla görüşməyib”.
Almaniya vəziyyətə kəskin reaksiya verib. Bundestaqın deputatı Sevim Dağdalen xarici işlər nazirinin davranışını tənqid edib.
"Hazırkı nazir Barbok Suriyada özünün alçaldılması ilə məsxərəyə qoyarkən Almaniyanın xarici siyasəti üçün qara gün və eyni zamanda Almaniyadakı islamçılar üçün dəhşətli bir təşviqdir", - deyə "X" sosial şəbəkəsində qeyd edib.