Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur.
Xaçatryan 2021-ci ilin fevralında Baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.
XXX
4 yanvar, 21:14
"Hazırda cinayət prosesinin gizli olduğunu, dövlət sirrini ehtiva edən məlumatların olduğunu nəzərə alaraq məlumat verməkdən çəkinəcəyik".
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Qəhrəman general-leytenant Tiran Xaçatryan vəkili Varazdat Arutyunyan məlumat verib.
***15:36
Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş birinci müavini, Milli Qəhrəman general-leytenant Tiran Xaçatryan saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a onun vəkili Varazdat Arutyunyan məlumat verib.
Vəkil cinayət işinin təfərrüatlarını açıqlamasa da, bunun 44 günlük müharibənin bəzi epizodları ilə bağlı olduğunu qeyd edib. General bu gün səhər saatlarında saxlanılıb və günün sonuna qədər məhkəmənin istintaqın həbslə bağlı müraciətinə baxacağı gözlənilir.
Arutyunyan qeyd edib ki, bu cinayət işi 3 ilə yaxındır araşdırılır və bütün proses boyu Xaçatryan dindirmələrdə vaxtında iştirak edib və heç vaxt istintaq hərəkətlərindən yayınmayıb. Sonra o, şahid statusu alıb.