Rusiya prezidenti Vladimir Putinin 4,5 milyard dollarlıq sərvətə sahib olduğu bildirilib. 

"Unikal"  xəbər verir ki,  bu  barədə "The Guardian" məlumat yayıb. 

Xəbərdə dəbdəbəli villalar, üzüm bağları və yaxtaların da yer aldığı kooperativin izlərinin tapıldığı ortaya çıxıb. Bildirilib ki, bu aktiv və daşınmaz əmlak sahibləri Rusiya lideri Putinin oliqarxları və dostları tərəfindən bir araya gətirilib. Yazışmalara görə, Putinin yaratdığı bu “kooperativin” həcmi 4,5 milyard dollar səviyyəsindədir.

Sənədlər və qeydlər dərc olunarkən müxtəlif şəxslərə, şirkətlərə və xeyriyyə təşkilatlarına məxsus bütün bu əmlak və aktivlər LLCInvest.ru adlı internet saytında qeydiyyatdan keçib.

İllərdir Rusiya prezidenti Putinin öz əlaqələri vasitəsilə gizli şəkildə daşınmaz əmlak və sərvət əldə etdiyi iddia edilsə də, bu iddialar həmişə təkzib edilib. Rəsmi açıqlamalara görə, Rusiya lideri Putinin Sankt-Peterburqda kiçik mənzili, sovet dövründən qalma iki maşını, qarajı və qoşqusu var.

Gülayə Mecid