İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə olunması nəticəsində 30 nəfər zəhərlənib, 1 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Ərdəbil vilayəti fövqəladə hallar üzrə mərkəzinin direktoru Məcid Məhəmməd Qəribani deyib.
M.Qəribaninin sözlərinə görə, onlardan 11 nəfəri xəstəxanadan evə buraxılıb, 19 nəfər isə Ərdəbilin iki xəstəxanasındadır. 3 nəfər isə reanimasiya şöbəsindədir.
İlkin məlumatlara əsasən, hadisə ad günü şənliyində baş verib və zəhərlənənlər 20-40 yaş aralığında şəxslərdir.