Rusiya Xarici İşlər Nazirliyi Litva ərazisindən Rusiyanın Kalininqrad vilayətinə müxtəlif malların tranzitinin əngəllənməsi ilə bağlı Avropa İttifaqına etiraz edib.
"Unikal" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiyanın Avropa İttifaqı (Aİ) üzrə nümayəndəsi səfir Markus Ederer nazirliyə çağırılıb.
Kalininqrad ilə Rusiyanın qalan hissəsi arasında yük tranzitinin birtərəfli anti-Rusiya məhdudiyyətlərinin yayılması ilə əlaqəli olduğu və buna şiddətlə etiraz edildiyi qeyd olunan bəyanatda bu cür hərəkətlərin müvafiq hüquqi və siyasi öhdəlikləri pozduğu vurğulanıb.
Kalininqrada keçidlərin yenidən qurulması tələbinin Edererə çatdırıldığı ifadə edilən açıqlamada, "Əks halda qisaslar olacaq" ifadəsindən istifadə edilib.
***13:15
Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Markus Ederer hazırda Rusiya XİN-dədir.
Məlumata görə, M. Edererin XİN-ə çağırılmasına səbəb Litva tərəfindən Rusiya subyektlərindən Kalininqrad vilayətinə bir neçə məhsulun daşınmasına məhdudiyyət qoyulması olub.