Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı oliqarxın mədən şirkətlərinin aktivlərini 1 milyard qrivnadan çox bloklayıb.
"Unikal" xəbər verir ki, bu barədə SBU (Ukrayna Təhlükəsizlik Xidməti) məlumat yayıb.
"Təhlükəsizlik xidməti Ukraynanın yer təkinin sənaye miqyasında qeyri-qanuni çıxarılması ilə məşğul olan təşkilatın fəaliyyətini dayandırıb. Onu bütöv bir maliyyə-sənaye qrupuna sahib olan nüfuzlu rusiyalı iş adamı idarə edirdi", - məlumatda deyilir.
Qeyd olunur ki, şirkət milyonlarla qazancını Rusiya Federasiyasının tammiqyaslı təcavüzünün maliyyələşdirilməsinə, həmçinin Krım və Ukraynanın şərqindəki işğalçı administrasiyalara maddi dəstək verməyə yönəldib.
Gülayə Mecid