“40 ildə 40 min vətəndaşımız öldürülüb. Hazırda Diyarbakır anaları HDP-nin qapısı önündə övladlarını gözləyir. Həmin analar uşaqları 12-13 yaşında dağa qaçırılanlardır. Haradadır bu “Freedom House”? Onların özlərini sorğulaması lazımdır”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında Türkiyədəki siyasi prosesləri tənqid edərək oradakı mətbuatın sıxışdırıldığını bildirən “Freedom House” nümayəndəsinə deyib.
“Gəlsinlər bir dəfə də Diyarbakırdakı o anaları ziyarət etsinlər. İnsanların övladlarını qaçıran HDP-çilər, PKK-çılar, YPG-çilər bunu azadlıq adınamı edirlər? Bu necə bir azadlıqdır?! “Azadlığ”ın tərifini düzgün bilməliyik. Azadlıq mənim azadlıq sahəmin sizin azadlıq sahənizə qədərdir, sizin azadlıq sahəniz isə mənim azadlıq sahəmə qədərdir”, - dövlət başçısı vurğulayıb.