Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil beton dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - Sabirabad rayonunun Türkədi kənd sakini, 2001-ci il təvəllüdlü Şəmmədov Bəybala Əli oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.