Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.