İyulun 1-də saat 2 radələrində Nizami rayonu Babək prospektində Ağdaş rayon sakini B.Salamov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən yol-nəqliyyat hadisəsini törədən sürücünün müəyyən edilib tutulması üçün əməliyyat tədbirləri aparılır.