Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Fövqəladə Halları Nazirliyindən "Unikal"-a verilən məlumata görə, nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb